Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ŞƏRQİ ZƏNGƏZUR ABADLAŞIR

0

  •   Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin may ayının 4-də 2022-ci ildə növbəti Sərəncamı elan edildi, Vahid Hacıyevin Şərqi Zəngəzur iqtisadi rayonuna xüsusi nümayəndəsi təyin edilməsi haqqında məlumat verildi. Cənab İlham Əliyevin tez-tez işğaldan azad olunmuş ərazilərə səfər etməsi, erməni vəhşiliyini bütün dünyaya çatdırır. Ölkə başçısının istər daxili, istərsədə xarici səfərləri və çıxışları daxili və xarici xəbər agentlikləri tərəfindən anbaan izlənilir, dünyanın qançanağına döndüyü bir vaxtda, təbii ki, hər kəs nə etdiyini nə söylədiyini qonşu dövlətlərə münasibəti, planlarını bilmək üçün dostlar da, düşmənlər də izləyir. Sonuncu Zəngilan səfəri zamanı, möhtərəm Prezidentimiz erməni faşizminin iç üzünü bütün dünyaya çatdırır. Erməni daşnaklarının işğal etdikləri ərazilərdə nəinki tarixi binaları, heç adi bir yaşayış evinidə qoymayıblar qala, bilirdilər ki, bu torpağın sahibi olan türklər gec və ya tez bu torpaqlara dönəcəklər, ona görə də salamat bir bina, bir tikili qoymurdular. XX əsrin əvvəlindən Ermənilər Zəngəzura qənim kəsilmişdilər. Bu torpağın həqiqi sahiblərindən təmizlənməsi üçün ağıla gəlməz işgəncələrə qırğınlara əl atırdılar. 1918-ci ilin erməni cəllad qan içəni Andronik deyirdi, “Müsəlman kəndlərinin biridə salamat qalmamalıdır”. “Türkü öldürmək cinayət deyil, qəhrəmanlıqdır, türkü öldürməyənlər millət xainidir özləri öldürülməlidir” deyən caninin 100 illiyinə Ermənistan təntənəli hazırlaşdığı bir vaxtda Sisyanın Şəki kəndində anadan olmuş Əyyub Abbasov “Zəngəzur” romanın çap etdirdi. Andranikin bütün vəhşiliklərini dünyaya bəyan etdi, öz gözləri ilə gördüyü faciələri, ailəsinində bu qətliamların qurbanı olduğunu bildirmişdi. Öz babalarından geri qalmayan, hətta çox irəli gedən daşnakları, Cənab İlham Əliyev bir daha dünyaya tanıtdı. Dünyada erməni vəhşiliyinin nəyə qadir olduqlarını, misal olaraq bildirdi ki, Zəngilan şəhərində bir-iki binadan başqa, dini abidələr və məscidlər tamamıilə uçurdulub, yandırılmışdır. Tək-tək qalan binalarda isə erməni zinvorları yaşamışdı, onları əsgər adlandırmaq günahdı. Ermənilər təbiətə də qənim kəsilmişdilər, sahəsinə görə Avropada yer tutan çinar meşəsidə qırılaraq, yandırılıb məhv edilmişdir. Zəngilanın Vejnəli qızıl mədənidə amansızca talan edilmişdir, bu talanlarda “Cronimek” şirkəti kimi xarici şirkətdə iştirak etmişdir. Təbiətə vurduğu zərəri dəfələrlə Cənab Prezidentimiz İlham Əliyev onların diqqətinə çatdırsada, hələ də qulaq ardına vururlar, əlbəttə, onlarda ATƏTİN-MİNSK qrupunun məsləkdaşlarıdı. Xalqın nəzərinə Hörmətli Prezidentimiz İlham Əliyev çatdırdı ki, artıq Zəngilan şəhərinin baş planı hazırdı. Füzulidən sonra ikinci hava limanı da Zəngilanda bu il istifadəyə veriləcək. Ağalı kəndinin əhalisi də bu il vətənlərinə dönəcəklər. Zəngilan, Qubadlı – Laçın yoluda inşa edilir. Ermənilərin Cəbrayıla yol çəkmək arzularıda gözlərində qaldı. Zəngilan, Cəbrayıl avtomobil yolunun inşası ilə yanaşı Horadiz-Ağbənd dəmir yolunun tikintisi davam edir. Zəngəzur dəhlizinə alternativ olan qonşu İran ərazisindən də Naxçıvana alternativ yolların açılması haqqında memorandum mart ayında imzalanmış Zəngilan şəhərinin beynəlxalq bazarlara yaxınlıqda olması bu yolların əhəmiyyətini artırır. 10-15 il ərazidə nəqliyyat sektorunda, əhalinin məşğulluğu da nəzərə alınır, ona görə birinci aqropark Zəngilanda Türkiyə Cumhuriyyətinin Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanla Hörmətli İlham Əliyev birlikdə “Dost Aqropark” yaradılır. Zəngilan, Qubadlı, Cəbrayıl və Laçın rayonunun ərazilərində heyvandarlıq və əkinçiliyə xüsusi diqqət yetirilir. Bu regionların inkişafı üçün daxili imkanlar hesabına 2,2 milyard manat vəsait ayrılıb, toplam 4,4 vəsait edir. İşğaldan azad edilmişərazilərin inkişafı Dövlət başçısı Cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Mən bir Xocalı rayon sakini kimi şad oluram ki, mənim Ali Baş Komandanım Cənab Prezidentimiz İlham Əliyevin nə qədər çətin bir tarixi işin öhdəsindən gəldiyini, ata vəsiyyətin yerinə yetirərək Şuşanı Qarabağı düşməndən azad edib abadlığına başlayıb. Əslən bir şərqi Zəngəzurlu, Xocalı sakini kimi inanıram ki, ancaq bu işi bacaran Əliyev məktəbinin davamçısı İlham Əliyev cənabları bacardı. Bu çoxlarına asan gəlsə də Qarabağın açarı sanki 40 divi cibindən çıxaran mifik Qəhrəmanlığı bacaran sərkərdə, Vətən oğlu, xalq oğludur. Sabir Qasımov, Xocalı rayon Meşəli kənd sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib36 dəfə
    ŞƏRQİ ZƏNGƏZUR ABADLAŞIR

    Maraqlı gələ bilər
    32
    40
    27
    31
    47